RU

Netanyahunu hiddətləndirəcək siyahı: 10 ölkə hərəkətə keçir

Sentyabrın 22-də 10 ölkə BMT Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə  France-Presse (AFP) agentliyi məlumat yayıb.

"Fələstin dövlətinin tanınması istiqamətində hərəkətə keçməyə qərar verən 10 ölkə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək konfransda  təmsil olunacaq. Söhbət Fransa, Böyük Britaniya, Kanada, Belçika, Avstraliya, Portuqaliya, Malta, Lüksemburq, Andorra və San Marinodan gedir", - deyə bildirilib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron da Fələstini dövlət kimi tanımağa hazır olduğunu bəyan edib.

Sentyabrın 19-da "Politico" nəşri yazıb ki, İsrailhakimiyyəti Fransa hökumətinin mümkün addımına sərt cavab hazırlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
50
10
olaylar.az

10Источники