RU

“İndi onu özümə olan hörmət kimi qəbul edib dünyanı vecimə almıram”

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Vaxtilə torpaqlarımızın 20 faizi işğal olunmuşdu və onda da suveren idik. Amma inan ki, nə qədərki 20 faiz torpağımız işğal altında idi elə bilirdim ki, elə suverenliyimiz də 20 faizdir”.

Bunu Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət Dövlət Suverenliyi Günü haqda danışarkən deyib. 

Yazıçı bildirib ki, onda bütöv suverenlikdən söhbət gedə bilməzdi:

“Nə demək olar fəxr edirik, öyünürük, xalq olaraq özümüzü sübut edirik, artıq bizə hörmət edirlər, bizimlə hədə-qorxu, ultimatum dilində danışmırlar, bizimlə bizim istədiyimiz dildə danışmağa başlayıblar. Bunlar da ən vacib şeydir, bütün xalqlar üçün ən vacib nüans elə bunlardan ibarətdir. Mən də bu hadisələrin ortasında olan bir adam, azərbaycanlı kimi başımı dik tuturam və Azərbaycana olan hörməti özümə olan hörmət kimi qəbul edib dünyanı vecimə almıram”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
adalet.az

2Источники