RU

Qarabağ obyektivdən tarixə adlı fotosərginin açılışı keçirilib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-də Xankəndi şəhərində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qarabağın zəngin tarixini və təbiətini əks etdirən "Qarabağ - obyektivdən tarixə" adlı fotosərginin açılışı keçirilib.

Oxu.Az xəbər verir ki, sərgi Xankəndi şəhərinin Konqres Mərkəzində baş tutub.

​Sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Tədbir, həmçinin xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin rəmzi olaraq, bölgənin yenidən canlandığına dair bir mesajdır.

​Sərgidə Fatali Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Səcəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və Alp Ar Tunqa Cabbarlı kimi tanınmış fotoqrafların əsərləri nümayiş olunub. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrin və müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edib.

​"Qarabağ - obyektivdən tarixə" sərgisi ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev sərgi ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərimizdə şəhər günləri təsis edilib və Mədəniyyət Nazirliyi Prezidentin Xüsusi Nümayəndəlikləri ilə birlikdə bu şəhərlərdə həmin günlərin təntənəli qeyd olunmasında yaxından iştirak edir:

"Bu gün ilk dəfə olaraq Xankəndi Şəhər Günü qeyd olunur, həm də bu bizim Dövlət Suverenliyi Günümüzdür. Bu gün Mədəniyyət Nazirliyi burada geniş proqramla iştirak edir. Hazırda açılışına toplaşdığımız "Qarabağ - obyektivdən tarixə" adlı sərgidə bizim fotoqraflar tərəfindən Qarabağımızın həm tarixi yerləri, həm də tarixi hadisələri əks olunub. Düşünürəm ki, ziyarətçilər üçün maraqlı anlar olacaq. Onlar bir daha Qarabağımızın tarixini, mədəni irsini görəcəklər. Daha sonra isə digər tədbirlərimiz keçiriləcək. İnanıram ki, bu ənənə davam edəcək və hər il Xankəndidə gözəl tədbirlərə toplaşacağıq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
6
oxu.az

10Источники