Ermənistan Azərbaycanla sülhün bərqərar olması sayəsində öz tarixində tamamilə yeni bir mərhələyə qədəm qoyub.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyi çıxışda söyləyib.
“Bu sülh 8 avqust tarixində Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın iştirakı və dəstəyi ilə, Ermənistan və Azərbaycan arasında qəbul edilən bəyannamə sayəsində təmin edildi. 8 avqust uzunmüddətli prosesin zirvəsi, kulminasiya nöqtəsidir”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bir il yeddi ay ərzində Ermənistan və Azərbaycan sərhədində atəş nəticəsində heç bir əsgər həlak olmayıb və yaralanmayıb.
“Sülh belədir. Biz bu bir il yeddi ayı iki il yeddi aya, üç ilə, dörd ilə, beş ilə, 50 ilə, 100 ilə, 200 ilə və s. çevirməliyik və bunu Ermənistan Respublikasının bütün sərhədlərinə tətbiq etməliyik”, - deyə Paşinyan vurğulayıb.