RU

Deputat: "Azərbaycanın suverenliyi real səciyyə daşıyır"

“Müstəqil Azərbaycan son beş ildə Müzəffər Lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə qürurlu bir tarix yazır. 44 günlük Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan zəfərlər son 200 illik tariximizin ən şanlı səhifələridir. Əlamətdar haldır ki, son illərdə dövlətimizin başçısının imzaladığı ayrı-ayrı sənədlər məhz tarixi zəfərlərimizlə bağlıdır. O cümlədən Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev bildirib.

Deputatın sözlərinə görə, bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror əməliyyatının və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Milli Məclisin üzvü müqayisə apararaq bildirib ki, dünyada xalqların sayı çox olsa da, onların heç də hamısı suveren dövlərini qurmaq xoşbəxtliyinə nail olmayıb. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində özünün dövlətlərini yaradıb və həmişə də azadlıq, müstəqillik ideyasına sadiq qalıb. Üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”- deyə Samir Vəliyev bildirib.

Milli Məclizin deputatı vurğulayıb ki, bugünkü dünya reallığında suverenlik anlayışını heç də bütün dövlətlərə şamil etmək mümkün deyil. Bəzi dövlətlərin iqtisadi resursları zəifdir, digər bir qism dövlətlərin liderləri müstəqil siyasi iradəyə malik deyillər. Bu və başqa amillərə görə də həmin ölkələr digər dövlətlərin forpostu qismində çıxış edirlər. Belə dövlətlərin müstəqilliyi və suverenliyi şərti səciyyə daşıyır. Deputat vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında fərqli nümunə ortaya qoyur. Bu gün Azərbaycanın ardıcıl və məqsədyönlü siyasəti sırf müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Bəzi dövlətlərdən fərqli olaraq ölkəmizlə bağlı qərarlar hansısa paytaxtlarda deyil, məhz Bakıda, Prezident İlham Əliyev tərəfindən verilir və mütləq qaydada yerinə yetirilir. Bizim xoşbəxtliyimiz ondadır ki, bu gün heç bir güc mərkəzi Azərbaycanla diktat dili ilə danışmır və danışa da bilməz.

Deputatın qənaətinə görə, Azərbaycanın suverenliyinin real səciyyə daşımasını şərtləndirən ən mühüm amillərdən biri iqtisadi gücdür. Prezident İlham Əliyev həmişə vurğulayır ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. Son iyirimi ildən artıq müddətdə dövlətimizin başçısının müdrik qərarları ilə aparılan islahatlar Azərbaycanın iqtisadi müstəqilliyini tam təmin edib. Azərbaycan öz problemlərini həll etmək üçün heç vaxt kənardan kömək gözləmir. Buna aid çoxlu sayda misallar sadalamaq mümkündür. Pandemiya zamanı bir sıra ölkələr sətin sınaq qarşısında aciz duruma düşdülər və və vəziyyətdən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarından kömək istəmək məcburiyyətində qaldılar. Azərbaycan isə fərqli davrandı, öz gücünə arxalanmaqla həm iqtisadiyyatını qorudu, həm geniş məzmunlu sosial tədbirlər gördü. Eyni zamanda, yardıma ehtiyacı olan dövlətlərə dəstək verdi.

Deputat diqqəti ona yönəldib ki, pandemiyanın sərt sınağından təkbaşına çıxan Azərbaycan ərzai bütövlüyünü də öz gücünə təmin etməyə nail olub. Vətən müharibəsinin nəticələrinə əsasən, ərazi bütövlüyünə hərbi-siyasi yolla nail olan Azərbaycanın suverenliyi hələ ölkənin bütün hüdudları daxilində tam təmin edilməmişdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimizdə separatçı rejim qalmaqda davam edirdi, Ermənistandan separatçılara dəstək göstərilir, onlar silah-sursatla təmin edilirdilər. 44 günlük müharibənin qalibi olan Azərbaycan belə vəziyyətlə barışmadı. Müzəffər Ordumuz 2023-cü il 19-20 yanvar tarixində uğurlu lokal xarakterli antiterror əməliyyatı keçirməklə separatizmin kök saldığı ərazilərimizdə də ölkəmizin suverenliyini tam təmin etmiş oldu. Postmüharibə dövründə isə Prezident İlham Əliyev yeni ümummilli hədəf müəyyənləşdirib – işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış priioritetinin təmin edilməsi. Müstəqil, tam suveren Azərbaycan özünə güvənməklə bu hədəfinə doğru da inamlı addımlar atır.

Избранный
17
4
publika.az

5Источники