RU

“Neftçi” Nigeriya yığmasının sabiq oyunçusunu Bakıya dəvət etdi - SON DƏQİQƏ

“Neftçi” Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunu Azərbaycana dəvət edib.

Bu barədə redaksiyamıza paytaxt klubundan məlumat verilib.

Premyer Liqada “transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, “ağ-qaralar” azad agent statusu daşıyan oyunçuları gözdən keçirməyə davam edir.

Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı afrikalı hazırda klubsuzdur. Bakılılar dörd aya yaxındır ”hava”da olan orta sahə oyunçusuna birbaşa müqavilə təklif eləyib..

Metyu şərtləri nəzərdən keçirib və bir neçə gün içində cavab verəcəyini bildirib. Norveçdə “Lilleström”, Türkiyədə “Osmanlıspor”un formasını geyinmiş Metyunun “Neftçi” də daxil olmaqla bir neçə variantı var.

Razılaşsa, gələn ilin yayınadək qüvvədə qalacaq müqavilə imzalanacaq. Sonradan anlaşmanın daha 1 il müddətinə uzadılması mümkündür.

2016-cı ildə Nigeriyadan Avropaya köçən İfeanyi Metyu həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb.

Onun “Neftçi” ilə danışıqlar aparması haqda ilk xəbəri “futbolinfo“nun yaydığını da qeyd edək.

SPORTİNFO.AZ

Избранный
35
sportinfo.az

1Источники