RU

Formula 1: Anyma Bakı Kristal Zalında unudulmaz gecə yaşatdı - FOTO

BAKI, 20 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində dünən Bakı Kristal Zalında elektron musiqinin ən parlaq adlarından biri – Anyma möhtəşəm konsert proqramı ilə səhnəyə çıxdı.

Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, italyan-amerikalı DJ və musiqi prodüseri olan Anyma özünün məşhur “Genesys” albomundan seçilmiş treklərlə tamaşaçılara valehedici anlar bəxş etdi. Onun elektron ritmləri, güclü vizual effektləri və xüsusi səhnə şousu paytaxt sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.

Anyma artıq “Tomorrowland” və “Coachella” kimi festivallarda milyonlarla insan qarşısında çıxış edib. Bakı Kristal Zalındakı performansı isə Formula 1 üzrə Azərbaycan Qran-Prisinin musiqi proqramının diqqətçəkən hissələrindən biri oldu.

Qeyd edək ki, bu axşam Glass Animals və Martin Garrix Kristal Zal səhnəsində çıxış edəcək.

Избранный
50
6
teleqraf.com

9Источники