RU

Balqabağın inanılmaz faydaları

Payız və qış fəsillərində piştaxtalarda yerini tutan balqabaq insan sağlamlığı üçün çox faydalıdır.

Soyuq ayların əvəzolunmaz qidalarından olan balqabağın tərkibində yüksək miqdarda lif var. Lifin köməyi ilə bağırsaqlar daha yaxşı və daha sürətli işləyir.

"Cebheinfo.az” hazırda balqabağın 5 mühüm faydasını təqdim edir:

*Ürək-damar sistemi üçün çox faydalıdır - hipertoniyanın, aterosklerozun riskini azaldır, qanın tərkibini yaxşılaşdırır.

*Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqları "yumşaldır", qəbizlikdən xilas edir.

*A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, "toyuq korluğu" zamanı faydalıdır.

*Böyrəklər üçün çox faydalıdır - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.

*Qaraciyərin əsas dostlarından biridir - qaraciyərin fəaliyyətinə müsbət təsir edir.

"Cebheinfo.az”

Избранный
19
1
cebheinfo.az

2Источники