RU

Qaranlıq işlərə görə həbs olunan Adnan Əhmədzadə KİMDİR... - FOTOLAR

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Xəbərlərə görə, A.Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadə kimdir?

Modern.az-ın məlumatına görə, Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. 998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.

O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:
Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006–2007)

Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007–2008)

İqtisadi əməliyyatlar idarə rəisinin müavini (2008–2010)

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010–2019).

2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.

O, 2023-cü ildən “ABDA Invest Holding”in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.

Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.

Adnan Əhmədzadə ailəlidir və dörd övladı var.

O, dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin Azərbaycana səfərini təşkil etməsilə məşhurlaşmışdı. Bundan əlavə, Əhmədzadə Ronaldinyo və “Barselona” klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib.

Избранный
38
50
modern.az

10Источники