RU

Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakinin məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Избранный
11
12
operativmm.az

10Источники