RU

Bankların kredit gecikməsində yaxınlarınıza zəng etməsi qanunidir? - Vəkil AÇIQLADI

Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və BOKT-lar kredit ödənişləri gecikən zaman müxtəlif üsullara əl atırlar.

Milli.Az xəbər verir ki, gecikmə müddətinə görə onlar borc haqqında məlumatları 3-cü tərəfə ötürürlər. Yəni, vətəndaşın xəbəri olmadan onun yaxınlarına zəng edirlər, borc haqqında ətrafını məlumatlandırırlar. 

Bəs bu hallar qanun çərçivəsində nə dərəcədə düzgündür ? 

Məsələ ilə bağlı Milli.Az-a vəkil Bəhruz Orucov açıqlama verib:

"Mülki Məcəlləyə 967-ci maddəsinə görə, bank müştəri məlumatlarının açıqlanmamasına qarantiya verir. Yəni bank kredit götürən və ya ya bankda hesab açan şəxslərlə bağlı məlumatları heç kimlə bölüşməməlidir. Lakin istisna var, bank müştəri ilə müqavilə bağlayarkən müqavilədə göstərə bilər ki, borculunun əvvəlcədən təqdim etdiyi şəxslərə kredit gecikməsi olsa zəng edə və ya borculunun krediti ödəmə qabiliyyətini müəyyənləşdirmək üçün onun yaxınlarına zəng edib məlumat ala bilər. Müqavilə tərəflərin razılığıdır, əgər borclu müqavilədə bununla bağlı öz razılığını bildirirsə, bank buna görə məsuliyyət daşıya bilməz".

O bildirib ki, əgər müqavilə ilə müştəri məlumatların açıqlanmasına icazə verməyibsə və bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

Qeyd edək ki, Mərkəzi Bankın 2025-ci ilin iyul ayının sonuna olan məlumatına görə, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529,4 milyon manatının ödəniş vaxtı keçib. Bu göstərici bir il əvvəllə müqayisədə 7 faiz və ya 34,7 milyon manat çoxdur.

Aysel Əkbər
Milli.Az

Избранный
21
2
milli.az

3Источники