Formula 1 Azərbaycan Qran-prisi davam edir.
Offsideplus.az xəbər verir ki, az əvvəl başa çatan 3-cü sərbəst yürüşü "Maklaren"in pilotu Lando Norris qazanıb.
Onu 4 qat dünya çempionu Maks Ferstappen və komanda yoldaşı Oskar Piastri təqib edib.
4-cü yer isə ötən gün 2-ci sərbəst yürüşü qalib bitirən Lyuis Hemilton olub.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da əsas yarışın təsnifat mərhələsi keçiriləcək.