Sentyabr 18-də Qazax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında atletika üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, müxtəlif yaş qrupları üzrə keçirilən yarışda 32 idmançı gücünü sınayıb.     

Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.