Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.
Hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakinin məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.
Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
APA
Tarix: 20 Sentyabr 2025, 14:15