RU

5 başlıqda ötən həftə

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya iqtisadiyyatında gündəm olan mühüm xəbər başlıqları.

Banco.azxəbər verir ki, FED-in doqquz aydan sonra reallaşdırdığı faiz endirimi və faiz dərəcələrinin ilin sonuna qədər aşağı salına biləcəyinə dair siqnalı ötən həftə qlobal bazarlarda önə çıxsa da, “Microsoft”un İngiltərədə 30 milyard dollarlıq süni intellekt sərmayəsi və “Deutsche Bank”ın qızıl proqnozunu yuxarıya doğru dəyişməsi diqqət çəkib.

1 - Faizi azaldan Fed daha çox endirimə açıq qapı qoyub.
ABŞ Mərkəzi Bankı (Fed) 9 ay sonra ilk dəfə faiz endirimi edib. Fed umot dərəcəsini 4-4,25 faiz intervalına endirib. Son proqnozlara görə, rəsmilər bu il üçün daha 2 endirim nəzərdə tutur.

Donald Trampın Fed İdarə Heyətinə təyin etdiyi Stefan Miran isə 50 baza bəndlik endirimi dəstəkləyən səs verib.

2 - “Microsoft” İngiltərədə 30 milyard dollarlıq sərmayə qoyacaq
ABŞ-ın texnologiya nəhəngi “Microsoft2 2028-ci ilə qədər İngiltərə üzrə süni intellekt infrastrukturu və davam edən əməliyyatlarına 30 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb.

3 - “Deutsche Bank” qızılın qiymət proqnozunu artırıb.
“Deutsche Bank” strateqi Maykl Hsueh çərşənbə günü dərc olunan yazısında qızıl qiymətlərinin artım potensialına malik olduğunu bildirib. O qeyd edib ki, bankın 2026-cı il üçün əvvəlki proqnozu 3 min 700 dollar idi, lakin yeni proqnoz yüksələn dəstək səviyyələri ilə uyğunluq təşkil edir.

4 - Türkiyə Sərvət Fondu dünyada ilk 10 arasında
Global Sovereign Wealth Funds”ın (Qlobal Suveren Sərvət Fondları) (Global SWF) “Türkiyə Sərvət Fondu: 2024 Performansı, 2025 Strategiyası və Yol Xəritəsi” adlı hesabatına görə, Türkiyə Sərvət Fondu 360 milyard dollarlıq aktivləri ilə dünyada ən böyük ilk 10 fond sırasına daxil olub.

5 - BVF: Qlobal borcun dünya ÜDM-ə nisbəti 235 faizdən yuxarıdır
Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, özəl sektor kreditlərindəki azalma dövlət borclanmasındakı artımla balanslaşdırılıb. Ümumi borc ötən il çox az dəyişib və dünya Ümumi Daxili Məhsulunun (ÜDM) 235 faizindən yuxarı olaraq qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
20
1
banco.az

2Источники