RU

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlanıb

Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar. Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir əldə etmək məqsədilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
32
24
ikisahil.az

10Источники