RU

Adnan Əhmədzadənin xanımı bahalı həyatını əks etdirən paylaşımlarını sildi Foto

ain.az, Bakupost saytına istinadən bildirir.

SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımlarına "əl gəzdirib".

Bakupost.az xəbər verir ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Lakin A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu sildi.

Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb. Onun həbsi ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər, həmçinin fərdi şəxslərin dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək fəaliyyətlərinin qarşısını almaq siyasəti çərçivəsində həyata keçirilib.

Bakupost.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
2
www.bakupost.az

3Источники