Misli Premyer Liqasında yeddinci turun oyun cədvəli məlum olub.
Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq birinci dövrənin "Kəpəz - Qarabağ" oyunu ilə üçüncü dövrənin "Qarabağ" - "Kəpəz" oyunlarının yeri dəyişdirilib.
Beləliklə, yeddinci turda "Qarabağ" "Kəpəz"lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.
Misli Premyer Liqası, 7-ci tur
3 oktyabr
"Zirə" - "Neftçi"
19:30, Zirə İdman Kompleksinin stadionu
"Araz-Naxçıvan"- "İmişli"
17:00, "Liv Bona Dea Arena"
4 oktyabr
"Qarabağ" - "Kəpəz"
17:00, "Azersun Arena"
"Sumqayıt" - "Turan Tovuz"
19:30, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
5 oktyabr
"Qəbələ" - "Şamaxı"
17:30, Qəbələ şəhər stadionu
"Karvan-Yevlax" - "Sabah"
15:00, Şamaxı şəhər stadionu