RU

Paşinyan Putinlə münasibətindən danışdı: “Çoxu deyir ki…”

“Rusiyanın Ermənistana qarşı hibrid müharibəsi apardığını deyən həmkarlar var”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının 7-ci konfransından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Təəssüf ki, Rusiyanın bir sıra telekanalları və ya ayrı-ayrı spikerlər belə məntiq yaradırlar. Amma mən münasibətlərimizə belə baxmıram. Rusiya Prezidenti Vladimir Putinlə dialoqumuzu yüksək qiymətləndirirəm və bu, çox vacibdir. Biz açıq, dürüst, tərəfdaşlıq mühitində müzakirələr aparırıq.

Fikrimcə, çoxsaylı problemlərlə bağlı həll yollarını tapmışıq və tapacağıq. Bunun üçün rusiyalı tərəfdaşlarımızla şəxsi qarşılıqlı inamımız vacibdir”, – Paşinyan bildirib./Globalinfo.az

Избранный
6
1
turkustan.az

2Источники