Pirallahı rayonunda iki mərtəbəli evdə yanğın olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən əlumata görə, rayonda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.