Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Adnan Əhmədzadə kimdir? - DOSYE

O, 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. 

O, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.

A. Əhmədzadə 20 yaşından SOCAR-da işləməyə başlayıb. O, 7 il Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb.

Daha sonra 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.

O, 2019-cu ilə qədər SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib.

47 yaşlı biznesmen 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və İdarə Heyətinin sədridir.

Onu idman ictimaiyyəti də yaxından tanıyır. Argentinalı futbolçu Lionel Messi və “Barselona” klubunun prezidenti Xoan Laporta yaxın dostluq əlaqələri var. Hər iki şəxsin və Ronaldinyonun Bakıya səfərini təşkil edib.

Bu ilin əvvəlindən I Liqada çıxış edən “Mingəçevir” klubunun sahibidir.

Eyni zamanda 2023-cü ildən etibarən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.