RU

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub

Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə daha bir azərbaycanlı hərbçi həyatını itirib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, 1987-ci il martın 30-da anadan olmuş Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi olan Tofiq Həsənov dron operatoru və bu sahədə aparıcı mütəxəssis kimi xidmət göstərirdi.

Kənan
Milli.Az

Избранный
38
1
milli.az

2Источники