RU

Paris Hilton eynək kolleksiyası üçün evində özəl otaq yaradıb

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı fotomodel və aktrisa Paris Hilton etiraf edib ki, o, gün eynəklərinin nəhəng kolleksiyasını saxlamaq üçün ayrıca otağa sahibdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ulduz bildirib ki, eynək kolleksiyası illər ərzində formalaşıb və hazırda təxminən 10 min cüt eynəkdən ibarətdir. Bir zamanlar böyük dairəvi Dior modellərini sevirdi, indi isə Karl Lagerfeldin pişik formalı modellərinə üstünlük verir:

“Evimdə tamamilə eynəklərə həsr olunmuş bir otaq var və hər divarda təxminən 10 min gün eynəyi olan holoqrafik rəflər yerləşir”.

Hiltonun yaxınlarda 63 milyon dollara aldığı Beverli-Hillzdəki yeni malikanəsi 30 min kvadrat futdan çox sahəyə malikdir, buna görə də “eynək otağı” üçün yer orada bol-bol var. Bundan başqa, ulduz evdə müasir gözəllik texnologiyaları ilə təchiz olunmuş şəxsi spa kompleksi də qurub.

Xatırladaq ki, Paris Hilton 2021-ci ildən sahibkar Karter Reum ilə evlidir. Cütlüyün iki övladı var: oğlu Feniks Barron və qızı London Merilin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
lent.az

1Источники