RU

5 dəqiqənin hökmü

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Zirə” Premyer Liqanın V turunda “Şamaxı”nı məğlub edib – 2:1.

İlk hissəni 0:1-lə geridə başa vuran “qartallar” matçın son 10 dəqiqəsində vurduğu qollarla geridönüş etməyi bacarıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv oyuna da yaxşı başlayan tərəf olmasına baxmayaraq, yarımmüdafiədə itirilən top “Şamaxı”nın qolu ilə nəticələndi. Cərimə meydançasından kənardan zərbə endirən Rossi rikoşet və şansının da sayəsində komandasını önə keçirdi.

İkinci hissədə hesabı qorumağa çalışan və daha çox müdafiəyə diqqət edən “Şamaxı” çəkilmənin cəzasını məğlubiyyətlə oldu. Eyni zamanda ikinci hissədə meydana daxil olan oyunçuların təcrübəsizliyi bəzi epizodlarda diqqət problemlər yaratdı.

Oyunun sonlarına yaxın basqısını daha artıran “Zirə” Junior Martinsin önə çıxdığı anlarda geridönüş etdi. Sadıqov və komandası üçün əzmkar qələbə xüsusi motivasiya verəcək. Komanda xallarını artıq 11-ə çatdırdı və məğlubiyyətsiz yoluna davam edir.

“Şamaxı”da isə qeyri-stabil nəticələr davam edir. Bu mövsüm 5 oyuna 1 qələbə qazanıb, 2 heç-heçə və 2 məğlubiyyət yaşayan bölgə təmsilçisi 6-cı sıradadır. “Qarabağ”, “Sabah” və “Neftçi” turu qələbə ilə başa vursa, “Şamaxı”nın mövqeyi bir qədər də geri çəkiləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
futbolpress.az

1Источники