"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Maklaren" sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.