Avtosfer saytına istinadən ain.az xəbər verir.
Ağdam rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü müəyyən olunub.Avtosfer.az-ın məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 90-HT-335 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən, 20 gün müddətin inzibati qaydada həbs olunub.
Qeyd edək ki, sözügedən sürücüylə bağlı bir neçə gün öncə saytımızda xəbər dərc olunmuşdu. O, müxtəlif vaxtlarda çəkilmiş videolarda yol boyu təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratmışdı.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.