RU

Azərbaycanı dünya çempionatında bu cüdoçular təmsil edəcəklər

Azərbaycanın gənc cüdoçuları Perunun paytaxtı Limada baş tutacaq dünya çempionatına qatılacaqlar.

Fanat.Az xəbər verir ki, yığma mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Süleyman Şükürov, (81 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmaq üçün mübarizə aparacaq.

Qızların yarışında isə Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qeyd edək ki, oktaybrın 5-dən 8-dək keçiriləcək dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.

Избранный
50
3
fanat.az

4Источники