RU

"Formula 1": Bakıdakı sıralama turunda qəza baş verib - YENİLƏNİB

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.

Azreform.info "Report"a istinadən məlumatına görə, "Uilyams" komandasından Aleksander Albon uğursuzluqla üzləşib.

Onun idarə etdiyi bolid səddə dəyib. Qırmızı bayraq qaldırıldıqdan sonra sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.

***
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Azreform.info "Report"a istinadən məlumatına görə, mübarizəyə saat 16:00-da start verilib.

Yekunda əsas yarışa ilk sırada başlayan pilot müəyyənləşəcək.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Избранный
43
3
azreform.info

10Источники