RU

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi və...TƏKBƏTƏK GÖRÜŞ

Azərbaycana rəsmi səfərə gələn Ruanda Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.

 

Ruanda və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.






**

Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.

Избранный
61
49
senzor.az

10Источники