ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Bakıda həbs olunub.
Hurriyyet.az xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Bu arada, sosial şəbəkələrdə Adnan Əhmədzadənin ikinci həyat yoldaşı ilə maraqlı görüntüləri yayılıb. Xüsusilə, onun xanımın yarıçılpaq vəziyyətdə "qoluna vurması" tənqidlərə səbəb olub.
Bəzi sosial şəbəkə istifadəçiləri isə həyat yoldaşının boynundakı bahalı daş-qaşa diqqət çəkib. Belə ki, bahalı markaların məhsulu olan bu bəzək əşyalarının milyonlarla dollar qiyməti olduğu iddia olunur.
Hurriyyet.az A.Əhmədzadənin xanımı ilə birgə çəkilən məlum görüntüsünü oxucularına təqdim edir:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.