53 yaşlı iki uşaq anası Defne Samyeli sosial media hesabında yayın son fotolarını paylaşıb.
Medicina.az xəbər verir ki, hazırda aktrisalıq və müğənnilik karyerası ilə məşğul olan keçmiş Türkiyə gözəli Defne Samyeli sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez manşetlərə çevrilir.
Hər hərəkəti sensasiyaya çevrilən məşhur plastik əməliyyatla bağlı xəbərlərlə gündəmə gəlib. Gözəlliyinin sirrinin üz yoqası olduğunu iddia edən Samyelinin omba dəyişdirməsi və üz gərdirmə kimi prosedurlardan keçdiyi iddia edilib.
Sentyabrın bitməsinə baxmayaraq, yayla vidalaşa bilməyən Samyeli bikinili fotolarını paylaşıb.
Bodrumun isti günəşi və mavi sularında qalan Samyeli dənizin və günəşin ləzzətini almağa davam edir.
İzləyiciləri Samyeliyə bəyənmə və şərhlər yağdırıb.





Aygün
Medicina.az