RU

Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin məqsədi bəlli oldu ŞƏRH

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin və Prezident  Rəcət Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli oldu. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-yə rəsmi səfərə dəvət edib. Görünür, Trampın oğlu Ərdoğanla bu səfərin təfərrüatlarını müzakirə edib. Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  Ekspertin  sözlərinə görə, Tramp digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır: 

“Bundan başqa Tramp Türkiyənin ABŞ istehsalı olan “Boeing” təyyarələrini almasını istəyir. Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla  F-16 və F-35 hərbi təyyarələrinin satışıyla bağlı razılaşma əldə etmək istəyir. ABŞ-nin keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir işadamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-yə əlavə gəlir saxlayacaq. Prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər. Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
sherg.az

3Источники