Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin sıralama turunun ilk sessiyası başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “MakLaren” pilotu Lando Norris ən yaxşı nəticə göstərərək lider mövqeyə yüksəlib.
İlk sessiyada 16-cı sıranı tutan Franko Kolapinto (“Alpine”), 17-ci pillədə qərarlaşan Niko Hyolkenberq (“Kick-Sauber”), 18-ci olan Esteban Okon (“Haas”), 19-cu yerdəki Pyer Qasli (“Alpine”) və sonuncu – 20-ci yerdə qərarlaşan Aleksander Albon (“Villiams”) mübarizəni dayandırıblar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.