Formula 1 Azərbaycan Qran-prisində hazırda təsnifat yarışları keçirilir.

Offsideplus.az xəbər verir ki, uğurlu mövsüm keçirməyən "Ferrari" Bakıda da uğursuzluqla üzləşib.

Əvvəlcə Lyuis Hemilton q1-ə keçə bilmədi.

Daha sonra isə Şarl Lekler bariyerlərlə toqquşdu. O, yenə 15-ci döngədə problem yaşayıb.

Hemilton sabahkı əsas yarışa 12-ci yerdən, Lekler isə 10-cu yerdən başlayacaq.

Qeyd edək ki, Ş. Lekler Bakıdakı son 4 poulun sahibi olmuşdu.