Ukrayna prezidenti Volodimir Zelenski müasir müstəqil hücum qoşunlarının yaradılması qərarını açıqlayıb.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, prezident bu barədə jurnalistlərlə görüşü zamanı bildirib.
"Hücum qoşunlarına gəlincə, biz 2025-ci il ərzində şübhəsiz ki, yaxşı nəticələr göstərəcək hücum batalyonları və alayları yaratdıq. Və qərara gəldik ki, biz bunu qanuni yolla həll etməliyik. "Ruslar" da bizimlə eyni şeyi etmək qərarına gəliblər. İndi biz ayrı-ayrı hücum qoşunları yaradacağıq; bu barədə hər şey hazırdır, hesab edirəm ki, on həftə ərzində əməliyyat olacaq", - Zelenski bildirib.