RU

İsrail Suriya ərazisinə qoşun yeritdi

BAKI, 20 sentyabr. TELEQRAF

İsrail Silahlı Qüvvələri Suriyanın cənubundakı Quneytra əyalətinə daxil olub və Samdaniya qəsəbəsində təmizləmə əməliyyatı keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə mülki avtomobildə axtarış aparıb.

Həmçinin sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət konvoy Suriyanın cənubundakı Dəra əyalətində reyd keçirib.

Sentyabrın 12-də Suriya Prezidenti Əhməd Şaraa Dəməşqin 2024-cü ilin dekabrından bəri davam edən İsrailin cənub bölgələrinə hücumlarına son qoymağa çalışdığını bildirib.

Bu həftənin əvvəlində o, Suriyanın yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya biləcəyini bəyan edib.

Избранный
46
1
teleqraf.com

2Источники