Türkiyəli aktyor İbrahim Çelikkol yazar sevgilisi Natali Yarcanla evlənir.
Axşam.az xəbər verir ki, cütlük 3 illik münasibətlərini rəsmiləşdirmək qərarı alıb. Venesiya Film Festivalında Nataliyə "hayat yoldaşı" deyə müraciət edən aktyorun nikahının sabah olacağı iddia edilir.
Qeyd edək ki, İbrahim 2022-ci ildə 5 illik həyat yoldaşı Mihre Mutludan boşanıb.