RU

İlham Əliyevin və Pol Kaqamenin iştirakı ilə sənədlərin mübadiləsi mərasimi oldu - VİDEO

Xəbər verdiyimiz kimi Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlərin sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.

Bizim.Media xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i, "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ruandanın Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlığa məsul Dövlət naziri James Kabarebe mübadilə ediblər.
Mərasimdən video görüntüləri təqdim edirik:


Bizim.Media

Избранный
39
3
bizim.media

5Источники