RU

Ermənistanın iqtisadiyyat naziri Zəngəzur dəhlizini müzakirə etmək üçün ABŞ-yə gedəcək

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, layihənin təfərrüatlarına Ermənistan və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı aydınlıq gətiriləcək.

Избранный
19
6
xezerxeber.az

8Источники