RU

13 yaşlı oğlanla birgə ilə nəhəng yırtıcı tutdular - FOTO

ABŞ-də ovçular Ross-Barnett su anbarından nəhəng alliqator tutublar. Bu barədə Clarion Ledger məlumat yayıb.

Reptiliya tutan qrup Joe Uayrikdən, onun 13 yaşlı oğlundan və digər iki kişidən ibarət olub. Uayrik bildirib ki, əvvəlcə onlar daha kiçik alliqator tutmağı planlaşdırırdılar. Lakin nəhəng yırtıcıya təsadüfən rast gəliblər – o, sahildə budaqlar arasında gizlənirmiş. Ovçular onun təxmini çəkisini 317 kiloqram, uzunluğunu isə təxminən 4 metr olaraq qiymətləndiriblər.

Uayrikin sözlərinə görə, ovçular tez hərəkət etməyə qərar veriblər: qayığa minib, toru atıblar. Yırtıcı onu tutub və qayıqla birlikdə dartmağa başlayıb. Ovçular onu 15 dəqiqə ərzində harpuna (ox) ilə sakitləşdirə biliblər. Birinin sözlərinə görə, bu onun karyerasında ən asan ov olub.

Qrup çəkisi səbəbindən alliqatoru qayığa özü çəkə bilməyib, onlara digər ovçular kömək edib.

Избранный
31
2
olke.az

3Источники