Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, layihənin təfərrüatlarına Ermənistan və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı aydınlıq gətiriləcək.