RU

Ödənişli yolların istifadəyə verilməsi ictimai nəqliyyatda qiymət artımının qarşısını ala bilərVİDEO

Bakının mərkəzi ərazilərində ödənişli yollar istifadəyə veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.

İndiyə kimi avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə ödənilən yol vergisi də artıq bu fonda köçürüləcək. Həmçinin nəqliyyat vasitələrinin paytaxtdakı ödənişli hərəkət zonalarına daxil olmasından əldə edilən haqq da bu fonda yönləndiriləcək. Ekspertlər deyirlər ki bununla da ictimai nəqliyyatın ödəniş tariflərində artım müşahidə edilməyəcək. Ödənişli yollar paytaxtın mərkəzi ərazilərində təşkil edilə bilər. 

Ekspert Ərşad Hüseynov hesab edir ki, ediləcək ödəniş müəyyən standartlar əsasında aparılmalıdır. Həmin məbləğlər isə çox olmalı deyil.

Ekspert həmçinin qeyd edir ki, bəzi yolların ödənişli olması isə ağır fəsadlar yarada bilər.

Büdcənin yaradılması və köçürmələrlə bağlı məsələlər gələn il yanvarın 1-dən, ödənişli zonalarla bağlı qərar isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
9
xezerxeber.az

1Источники