RU

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bizim.Media xəbər verir ki, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb.

Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub.
 

Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.


Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.










Bizim.Media

Избранный
8
9
bizim.media

10Источники