RU

Adnan Əhmədzadənin həbsi: Dəbdəbəli həyatın arxasındakı qalmaqallar - FOTOLAR

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsində keçirilən iclasda Azərbaycan iş dünyasının ən çox müzakirə edilən simalarından biri Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə ittihamları ilə üzləşib.

Əhmədzadənin həbsi ölkədə əsl rezonansa səbəb olub. Bir tərəfdən onun adı korrupsiya qalmaqalları ilə hallanır, digər tərəfdən isə sosial şəbəkələrdə paylaşdığı dəbdəbəli görüntülər və məşhurlarla birlikdə çəkilmiş fotolar diqqət mərkəzindədir.

Qeyd edək ki, Adnan Əhmədzadənin karyerası SOCAR-ın yüksək vəzifəli əməkdaşlığı ilə başlamışdı. 2023-cü ildən isə o, “ABDA Invest Holding”in təsisçisi və sədri kimi tanındı. Holdinqin fəaliyyət sahələri arasında tikinti, logistika, kənd təsərrüfatı və supermarket zəncirləri var idi. Amma bu fəaliyyətlərin kölgəsində daha çox danışılan başqa bir mövzu vardı: Əhmədzadənin sərvəti, qeyri-adi yaşam tərzi və beynəlxalq məşhurlarla qurduğu yaxın əlaqələr.

WhatsApp Image 2025-09-20 at 18.41.48.jpeg (123 KB)

Adnan Əhmədzadənin “Instagram” səhifəsi (@adnan555) onun həyatının real bir “qalmaqal sərgisi” idi. Burada Lionel Messi ilə ailəvi şəkillər, Ronaldinyo ilə qardaşlıq jestləri, Vinisius Junior ilə selfilər və hətta “Barselona” klubunun prezidenti Joan Laporta ilə görüşlər yer alırdı.

RONAL.jpeg (192 KB)

2025-ci ilin martında Bakıda keçirilən COP29 tədbirində Ronaldinyo ilə görüşü sosial şəbəkələrdə viral olmuşdu. Eyni tədbirdə Real Madrid ulduzu Vinicius Junior ilə foto və videoları yer almışdı.

RONALL.jpeg (29 KB)

“Barselona” prezidenti Joan Laporta ilə 2024-cü ildə başlanan danışıqlarda isə Əhmədzadə özünü yalnız iş adamı deyil, həm də beynəlxalq futbol dairələrində təsirli fiqur kimi təqdim etməyə çalışırdı. Hətta Cey Balvin və Coni kimi musiqi ulduzları ilə də fotolar paylaşaraq, özünü həm Avropa, həm də Latın Amerikası şou-biznes dairələrində tanınan şəxs kimi göstərirdi.

Adnan Əhmədzadənin şəxsi həyatı isə onun biznesindən və məşhur dostlarından heç də az maraq doğurmurdu. Onun ikinci həyat yoldaşı, özündən xeyli gənc Gülsəfa Cəfərova ilə tanışlığı İngiltərədə baş tutmuşdu. Gülsəfa burada təhsil almış, hətta özəl masaj salonu açmışdı. Sonradan Əhmədzadənin həyatına daxil olaraq, “ikinci xanımı” statusu ilə sosial şəbəkələrin gündəminə oturdu.

ADNANN.jpeg (77 KB)

Gülsəfa Cəfərova sosial mediada dəbdəbəli həyatını nümayiş etdirən fotolar paylaşır, brend geyimlər, bahalı zərgərlik əşyaları və lüks səyahətlərdə çəkilmiş görüntüləri ilə diqqət çəkirdi. Lakin Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, bu paylaşımların çoxunu silməyə məcbur oldu. Təkcə özünün deyil, həm də Adnan Əhmədzadənin.

Onların birlikdə çəkilmiş fotoları – ya Maldiv adalarında günəş vannası qəbul edərkən, ya da Dubayda elit partilərdə məşhurlarla eyni masada əyləşərkən — izləyicilər üçün “Azərbaycanlı oliqarxın Hollivudvari həyatı” təsiri bağışlayırdı.

HOLLİV.jpeg (105 KB)

Adnan Əhmədzadə bahalı avtomobillərdən tutmuş şəxsi təyyarəyə qədər hər cür imkana sahib idi. Onun evləri və villaları isə dəbdəbənin pik nöqtəsi kimi təqdim olunurdu. Amma bütün bu sərvətlərin arxasında hansı mexanizmlərin dayandığı indi yəqin ki, məhkəmə araşdırmalarının predmeti olacaq.

MESSİ.jpeg (196 KB)

Beləliklə, bir tərəfdə Lionel Messi və Ronaldinyo ilə çiyin-çiyinə dayanan, Vinisius Junior və Joan Laportayla görüşlərini nümayiş etdirməklə özünü “dünya elitasının dostu” kimi təqdim edən “azərbaycanlı milyonçu” obrazı var. Digər tərəfdə isə iqtisadi təhlükəsizliyə qarşı təxribat, külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ağır ittihamlarla məhkəmə qarşısında dayanan, ölkənin gündəminə çevrilmiş qalmaqallı bir iş adamı.


Избранный
57
2
news365.az

10Источники