RU

İddialı klubu gözləyən TƏHLÜKƏ

Azərbaycan çempionatında startda yığılan xalların önəmi böyükdür.

Bunu son illərin ssenarisinə qısaca göz gəzdirməklə görmək mümkündür.

Ardıcıl itirilən xalların bərpası sonradan bir çox hallarda mümkün olmur.

Məsələn, iddiaları böyük olan "Sabah" son iki mövsümdə bu baxımdan yaxşı təcrübə yaşayan kollektivlərdən biridir.

"Tələblər" ötən mövsümün əvvəlində itirilən xalların bərpasına gecikdi. Yalnız ölkə kubokunu qazanmaqla mövsümü xilas edə bildi.

2023/24 sezonu da Masazır klubu üçün eyni bənzərliklə yadda qalmışdı.

Uğursuz start götürən komanda sonradan toparlana bildi. Və yalnız son turda "Neftçi"ni məğlub etməklə avrokuboklara vəsiqə qazandı.

Niyə məhz "Sabah"ı misal çəkdim?

Mövsüm dəyişib, vəziyyət elə eyni olaraq qalır.

Komanda yenə sezona uğursuz start verib.

Valdas Dambrauskasın yetirmələri meydana çıxdığı 3 görüşdə 4 xal əldə edib. Qazanılan tək qələbə də "Şamaxı" səfərində böyük çətinlik bahasına əldə olunub. "İmişli"dən alınan məğlubiyyətin isə heç bir bəraəti yoxdur.

Çox uzatmadan vəziyyətə "dur" demək mütləqdir.

Əks halda, nəinki medalçılar sırasında yer almaq, avrokuboklara getmək belə sual altına düşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
22
sportinfo.az

1Источники