RU

Motosikletlə minik maşını toqquşub -Biləsuvarda

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Qəza zamanı motosikletlə minik avtomobili toqquşub. Hadisə nəticəsində mostosikletin sürücüsü Biləsuvar şəhər sakini, 1992-ci il təvəllüdlü Tamerlan Tağıyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
28
4
ikisahil.az

5Источники