Çexiya Prezidenti Petr Pavel Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması ilə bağlı sərt açıqlama verib.
News24.az-ın məlumaına görə, o, Çexiya televiziyasına müsahibəsində bildirib ki, hava məkanının pozulması hərbi cavab üçün əsasdır:
“Belə hallara operativ reaksiya verilməlidir, o cümlədən hərbi yolla. Rusiya çox tez başa düşəcək ki, səhv edib və yolverilməz sərhədi keçib. Təəssüf ki, bu, münaqişə riski yaradır, amma biz pisliyə boyun əyməməliyik”, – Pavel vurğulayıb.
Prezidentin sözlərinə görə, NATO ölkələri belə təyyarələri vurmaqdan çəkinməməlidirlər:
“Hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi üçün səbəbdir. Bu isə həmin təyyarənin vurulması deməkdir. Bunu nə biz, nə də Rusiya istəmir, amma qaydanı pozan tərəf nəticə ilə üzləşməlidir.” (Modern.az)