Qətər İsrailin 9 sentyabrda paytaxt Doha şəhərinə endirdiyi hücumla bağlı olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi məktub göndərib.
Axar.az xəbər verir ki, Qətərin ICAO-dakı daimi nümayəndəsi İsa Abdulla əl-Malikinin göndərdiyi məktubda İsrailin Qətərin suverenliyini və Beynəlxalq Mülki Aviasiya Konvensiyasını (Çikaqo Konvensiyası) açıq şəkildə pozduğunu bildirib.
Məktubda Qətərin hücuma beynəlxalq hüquq çərçivəsində cavab vermək hüququnu özündə saxladığı vurğulanıb.