RU

Güclü külək Lənkəranda fəsadlar törədibVİDEO

Güclü külək ötən gecə Lənkəranda bir sıra fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, rayon ərazisində irigövdəli ağaclar aşaraq elektrik naqillərinin, internet xəttlərinin üzərinə düşüb.

Şəhərin Səttərxan küçəsində və bir sıra ərazilərində, eləcə də Sütəmurdov və Velədi kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayanıb.   

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.  

Rayon ərazisində fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


 

 

 

Избранный
9
2
xezerxeber.az

5Источники