RU

İranın Milli Təhlükəsizlik Şurası MAQATE ilə əməkdaşlığı dayandırır

BAKI, 20 sentyabr. TELEQRAF

İranın Milli Təhlükəsizlik Şurası MAQATE ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə slam İranın Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Qeyd edilir ki, Avropa İttifaqnın 3 ölkəsinin (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək üçün hərəkətə keçməsi səbəbindən İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlıq dayandırılacaq.

“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən agentliklə əməkdaşlıq dayandırılacaq”, - bəyanatda vurğulanır.

Избранный
13
4
teleqraf.com

10Источники